ABŞ Prezidenti Donald Trampın sərvəti 2025-ci ilin sentyabrından bəri 1,1 milyard dollar azalaraq 6,2 milyard dollara düşüb.
Modern.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Nəşrin qeyd etdiyinə görə, bu itki əsasən “Trump Media & Technology Group” şirkətinin səhmlərinin ucuzlaşması ilə əlaqədardır. Sentyabr ayında şirkətin bir səhmi təxminən 17 dollara satılırdısa, hazırda onu 10,30 dollara almaq mümkündür.
Amerika lideri “Forbes” milyarderlər siyahısında hazırda 595-ci yeri tutur. Sentyabrın əvvəlində jurnal Trampın sərvətinin 7,3 milyard dollara çatdığını və onun dünyanın ən varlı şəxsləri arasında 201-ci pillədə qərarlaşdığını bildirmişdi.