Modern.az

ABŞ Ukrayna müharibəsini dayandırmağa yaxındır - Kelloq

ABŞ Ukrayna müharibəsini dayandırmağa yaxındır - Kelloq

Dünya

23 Noyabr 2025, 10:03

ABŞ Ukraynadakı müharibənin sülh yolu ilə sona çatmasına çox yaxındır.

 

Modern.az-ın məlumatına görə, bunu ABŞ prezidentinin xüsusi elçisi Keyt Kelloq "Fox News"a müsahibəsində deyib.

 

"Biz həmişə deyirik ki, hədəfə qədər son 10 metr ən çətinidir. Biz indi iki metr aralıdayıq; demək olar ki, oradayıq",-deyə, o bildirib.

 

Kelloqq bəzi dəqiqləşdirmələrin vacibliyini qeyd edərək, Vaşinqtonun planını "yaxşı" adlandırıb: "Bu, yaxşı plandır. Orada sadələşdirilməli və daha yaxşı izah edilməli olan şeylər var, lakin biz demək olar ki, oradayıq. Düşünürəm ki, [Ukrayna] prezidenti Volodimir Zelenski Birləşmiş Ştatlara gələndə, o, çox güman ki, bunu edəcək, lakin heç bir zəmanət olmasa da, bu planın yaxşı hesab ediləcəyi şansı olacaq", - ABŞ rəsmisi vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda GƏRGİNLİK! Güney azərbaycanlılara hücum - Nə baş verir?