Modern.az

Rusiyadan Donetskə zərbə - 4 nəfər öldü

Rusiyadan Donetskə zərbə - 4 nəfər öldü

Dünya

23 Noyabr 2025, 14:49

Son sutka ərzində Rusiya ordusunun Ukraynanın Donetsk vilayətinə endirdiyi artilleriya zərbələri nəticəsində 4 nəfər həlak olub, daha 4 nəfər yaralanıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin "Telegram" kanalında bildirib.

 

"Limanda bir nəfər həlak olub. Kramatorskda 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Aleksandrovska icmasının Dmitriya-Daryevka kəndində ev zədələnib. Konstantinovkada 2 nəfər yaralanıb, avtomobil və məbəd zərər görüb. Baxmut rayonunun Severesk şəhərində isə yeddi ev dağılıb", – deyə o dəqiqləşdirib.

 

Filaşkinin sözlərinə görə, cəmi bir sutka ərzində Rusiya hərbçiləri Donetsk vilayətinin yaşayış məntəqələrini 19 dəfə atəşə tutublar, cəbhə xəttindən 221 nəfər, o cümlədən 95 uşaq təxliyə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda GƏRGİNLİK! Güney azərbaycanlılara hücum - Nə baş verir?