Modern.az

Ərdoğan Makronla Rusiya-Ukrayna münaqişəsindən DANIŞDI

Ərdoğan Makronla Rusiya-Ukrayna münaqişəsindən DANIŞDI

Dünya

23 Noyabr 2025, 15:32

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Afrika Respublikasında keçirilən G20 zirvəsi çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşüb.

 

Modern.az "Haber Global"a istinadən xəbər verir ki, görüşdə Türkiyə ilə Fransa arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

 

Türkiyə lideri Qəzzada atəşkəsin qorunmasının və bölgəyə humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayıb, davamlı sülh formulunun "iki dövlətli həll"də olduğunu və rəsmi Ankaranın buna nail olmaq üçün səy göstərdiyini bildirib.

 

Ərdoğan həmçinin Ukrayna ilə Rusiya arasındakı müharibəyə ədalətli və davamlı sülhlə son qoymaq üçün bütün diplomatik resurslardan istifadə edilməli olduğunu və Türkiyənin müharibə aparan tərəfləri sülh danışıqları əsasında bir araya gətirmək səylərini davam etdirəcəyini söyləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda GƏRGİNLİK! Güney azərbaycanlılara hücum - Nə baş verir?