Modern.az

Ərdoğan Meloni ilə görüşdü - Qəzza və Ukraynaya dair müzakirə aparılıb

Ərdoğan Meloni ilə görüşdü - Qəzza və Ukraynaya dair müzakirə aparılıb

Dünya

23 Noyabr 2025, 16:17

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Liderlər Zirvəsi çərçivəsində İtaliyanın Baş naziri Giorgia Meloni ilə görüşüb, ikitərəfli münasibətlər, Qəzza və Ukraynaya dair müzakirə aparılıb.

 

Modern.az xəbər verir ki, görüş zamanı Türkiyə ilə İtaliya arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.

 

Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə İtaliya arasında müdafiə sənayesi başda olmaqla, bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atılan addımların davam edəcəyini, əlaqələrin dərinləşməsinin hər iki ölkəyə fayda verəcəyini bildirib.

 

Görüşdə həmçinin Qəzzada atəşkəsin davamlılığı, o cümlədən Rusiya-Ukrayna arasında İstanbul danışıqlarının bərpa prosesinin əhəmiyyəti müzakirə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda GƏRGİNLİK! Güney azərbaycanlılara hücum - Nə baş verir?