Modern.az

Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN

Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN

Dünya

23 Noyabr 2025, 21:58

Avropa İttifaqı ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı irəli sürdüyü sülh planına alternativ hazırlanmış 24 müddətlik sənədi tamamlayıb.

Modern.az xəbər verir ki, “The Telegraph” sənədin tam mətnini dərc edib.

Sənəddəki təkliflər aşağıdakılardır:

- Müharibədən sonra davamlı sülh və təhlükəsizlik üçün mexanizmlər yaradılır.

- Rusiya və Ukrayna havada, quruda və dənizdə atəşkəsə əməl etməyi öhdəsinə götürür.

- Tərəflər üçüncü ölkələrin atəşkəsə nəzarət prosesinə qoşulması barədə danışıqlara dərhal başlayır.

- Atəşkəsə nəzarət ABŞ rəhbərliyində Ukraynanın tərəfdaşları tərəfindən əsasən peyklər, PUA-lar və digər uzaqdan müşahidə vasitələri ilə aparılır.

- Atəşkəs pozuntularının qeydi və həlli üçün xüsusi mexanizm yaradılır.

- Rusiya bütün deportasiya olunmuş ukraynalı uşaqları geri qaytarır; proses beynəlxalq tərəfdaşlar tərəfindən nəzarət edilir.

- Rusiya və Ukrayna “hamı hamıya” prinsipilə əsirləri dəyişir; Moskva bütün saxlanılan mülki şəxsləri azad edir.

- Ərazi danışıqları hazırkı təmas xətti əsasında aparılır.

- Əməkdaşlıq üçün humanitar keçidlər açılır, ailə üzvlərinin təmas xəttindən keçməsi asanlaşdırılır.

- Ukraynanın suverenliyi tam təsdiqlənir; Kiyev neytrallığa məcbur edilmir.

- Ukrayna ABŞ da daxil olmaqla hüquqi təhlükəsizlik təminatları alır (NATO-nun 5-ci maddəsinə bənzər formatda)

- Ukrayna ordusuna və müdafiə sənayesinə heç bir məhdudiyyət qoyulmur.

- Təhlükəsizlik təminatçıları kimi bir neçə Avropa ölkəsi və digər tərəfdaşlar çıxış edir.

- Ukrayna öz ərazisində müttəfiq qoşunlarının yerləşdirilməsinə icazə verə bilər.

- Ukraynanın NATO-ya üzvlüyü bütün üzvlərin razılığı ilə mümkündür.

- Ukraynanın Avropa İttifaqına üzvlüyü təsdiqlənir.

- Ukrayna nüvə silahından imtina siyasətini davam etdirir və NPT üzrə öhdəliklərini saxlayır.

- Ərazi məsələləri yalnız tam atəşkəsdən sonra Rusiyayla danışıqlarda həll olunacaq.

- Razılaşmadan sonra heç bir tərəf sərhədləri güc yolu ilə dəyişməyəcək.

- Ukrayna Zaporojye AES-ə ABŞ-ın iştirakı ilə nəzarəti bərpa edir; Kaxovka SES üçün ayrıca mexanizm yaradılır.

- Kiyev Dnepr üzərindən maneəsiz keçid əldə edir və Kınburn yarımbuğazına nəzarəti bərpa edir.

- Ukrayna və tərəfdaşları iqtisadi əməkdaşlığı məhdudiyyətsiz davam etdirirlər.

- Ukraynanın tam bərpası təmin edilir və Rusiya ziyanın ödənilməsi üçün kompensasiya ödəməlidir; dondurulmuş aktivlər bu məqsədlə istifadə olunacaq.

- Bütün ATƏT ölkələrinin iştirakı ilə Avropa təhlükəsizliyi üzrə geniş müzakirələr başlanır.

Sizə yeni x var
Keçid et
İranda GƏRGİNLİK! Güney azərbaycanlılara hücum - Nə baş verir?