Modern.az

Türkiyə deputatları Öcalanla görüşə getdilər

Türkiyə deputatları Öcalanla görüşə getdilər

Dünya

24 Noyabr 2025, 13:52

Türkiyə parlamentinin Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının üç partiyadan ibarət nümayəndə heyəti PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşmək üçün İmralı adasına yola düşüb.

Modern.az xəbər verir ki, görüşün texniki detalları bir gün əvvəl açıqlanıb.

Nümayəndə heyətinə Ədalət və İnkişaf Partiyasından Hüseyn Yayman, Milliyyətçi Hərəkat Partiyasından (MHP) Feti Yıldız və Xalqların Bərabərlik və Demokratiya Partiyasından (DEM) Gülistan Koçyiğit daxildir.

Görüşün bütün logistik və texniki detalları Milli Kəşfiyyat Təşkilatı tərəfindən planlaşdırılıb. Nümayəndə heyətinin İmralı adasına helikopterlə gedişi təmin edilib.

Məlumatlara görə, tarixi hesab edilən bu görüşün audio və videoyazıları qeydə alınacaq, lakin ictimaiyyətlə paylaşılmayacaq. Ədalət və İnkişaf Partiyasından bildiriblər ki, İmralı ziyarətinin ictimaiyyətdə yaratdığı həssaslıq nəzərə alınmaqla görüşdən fotoşəkillər dərc edilməyəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada GƏRGİN ANLAR! Ukrayna bu yerləri bombaladı