Türkiyəyə məxsus C-130 “Hercules” tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğraması ilə bağlı araşdırma aparan mütəxəssis qrupu işini tamamlayıb və ölkəyə qayıdıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin "İhlas" informasiya agentliyi məlumat yayıb.
Araşdırma zamanı əhəmiyyətli sübutlar əldə edilib. Hazırda 11 noyabr 2025-ci il tarixində qəzaya uğrayan təyyarənin qalıqlarının Kayseri vilayətində yerləşən Hava nəqliyyat vasitələrinin texniki xidmət zavodunun 2-ci idarəsinə daşınması davam edir.
Qalıqlar burada detallı laboratoriya analizindən keçiriləcək. Ekspertiza nəticələri qəzanın dəqiq səbəblərinin müəyyən olunmasına imkan verəcək.
Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi təyyarə qəzaya uğrayıb.
Hadisə nəticəsində göyərtədə olan 20 Türkiyə hərbçisi şəhid olub. Bundan əvvəl mətbuatda yayılan məlumata görə, qəza ilə bağlı hesabatada bildirilib ki, hadisədə partlayıcı maddə izlərinə rast gəlinməyib.