Modern.az

Zelenski dünya parlamentlərinə çağırış etdi: çox kritik andayıq!

Zelenski dünya parlamentlərinə çağırış etdi: çox kritik andayıq!

Dünya

24 Noyabr 2025, 15:40

“Ukrayna hazırda çox kritik bir an yaşayır”.

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Krım Platformasının Dördüncü Parlament Zirvəsinə videomüraciəti zamanı bildirib.

O deyib ki, Ukraynada dərin siyasi təzyiq var.

"İndi kritik bir andayıq. Biz ABŞ, Avropa tərəfdaşları və bir çox başqaları ilə çox sıx əməkdaşlıq edirik, Rusiyanın Ukraynaya qarşı müharibəsini sona çatdıra biləcək və hamı üçün real təhlükəsizlik yarada biləcək addımları müəyyənləşdiririk", - deyə Zelenski bildirib.

Ukrayna Prezidenti Rusiyanın yaratdığı təhlükədən danışıb. Onun sözlərinə görə, Rusiya Ukraynanın ərazi bütövlüyü və suverenliyinə təhdidləri rəsmiləşdirməyə çalışır və bu yanaşmanı bütün dünyaya yayır.

"Çoxlu media səs-küyü, çoxlu siyasi təzyiq var və daha çox məsuliyyət Putinin tətbiq etmək istədiyi həll yolunda", - deyə Ukrayna Prezidenti vurğulayıb.

“Əsas problem budur. Hamımız bunun nə demək olduğunu başa düşürük. O, bunu təkcə Ukraynadan deyil, bütün dünyadan istəyir. Və bu, olduqca təhlükəlidir”, - deyə Zelenski əlavə edib.

Prezident həmçinin bildirib ki, Ukrayna ABŞ ilə koordinasiyalı şəkildə bütün əsirləri azad etmək və qaçırılmış uşaqların qaytarılması üçün addımlar atır.

Eyni zamanda, o, tərəfdaşlarını Ukraynanın mövqeyini zəiflətmək əvəzinə, gücləndirəcək kompromislər axtarmağa çağırıb.

“Bizi zəiflətmək əvəzinə, gücləndirəcək kompromislər axtarmaq üçün tərəfdaşlarımızla, ilk növbədə ABŞ ilə işləməyə davam edəcəyik”.

Zelenski dünya parlamentlərini Ukraynanı dəstəkləməyə və Rusiyaya təzyiq göstərməyə, xüsusən də Rusiya aktivlərini dondurmağa çağırıb və müharibə cinayətlərinə görə məsuliyyətin vacibliyini vurğulayıb.

"Rusiya aktivlərinin dondurulması qərarı vacibdir. Sizdən bu qərarı dəstəkləməyinizi xahiş edirəm. Hər gün insanları öldürən Rusiyaya təzyiq göstərməyə davam edin. Ərazilərimiz işğal altında qalır. Bu o deməkdir ki, Rusiya təcavüzkar dövlət olaraq qalır", - deyə o bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada GƏRGİN ANLAR! Ukrayna bu yerləri bombaladı