Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Modern.az bu barədə TRT kanalına istinadən xəbər verir.
Telefon danışığı zamanı Türkiyə ilə Rusiya arasındakı ikitərəfli əlaqələr, Rusiya ilə Ukrayna arasındakı müharibə, regional və qlobal məsələlər müzakirə edilib.
Ərdoğan Türkiyənin Rusiya-Ukrayna müharibəsini ədalətli və davamlı sülhlə bitirmək üçün səylərini davam etdirəcəyini bildirib.
O, Türkiyənin keçmişdə olduğu kimi tərəflər arasında birbaşa təması asanlaşdıracaq və bölgədə davamlı sülhə yol açacaq bütün diplomatik təşəbbüslərə və planlara töhfə verməyə hazır olduğunu vurğulayıb.