Modern.az

O da Öcalanla görüşmək istəyir

O da Öcalanla görüşmək istəyir

Dünya

24 Noyabr 2025, 18:40

Suriyanın şimalındakı kürd qüvvələrinin komandanı Mazlum Abdi PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşmək istəyir.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  o, bəzi problemlərin həlli üçün İmralı adasıda həbsdə olan Öcalanla birbaşa dialoqa ehtiyac olduğunu bildirib.

Mazlum Abdi zərurət yaranacağı halda özü də Türkiyəyə gedə biləcəyini deyib.

“Əgər bu, problemin həllinə töhfə verəcəksə, niyə getməyək? Müsbət baxırıq”, – o bildirib.

Abdi Suriya daxilində PKK üzvləri ilə bağlı bəzi məsələlərin yalnız Abdullah Öcalan tərəfindən həll oluna biləcəyini söyləyib. Onun sözlərinə görə, hazırda kürd qüvvələri ilə Öcalan arasında məktublar vasitəsilə fikir mübadiləsi aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada GƏRGİN ANLAR! Ukrayna bu yerləri bombaladı