Modern.az

Zelenski siyasi böhranla üz-üzə

Zelenski siyasi böhranla üz-üzə

Dünya

24 Noyabr 2025, 21:32

Ukrayna hökumətində 100 milyon dollarlıq korrupsiya sxemi ilə bağlı başlanan istintaq ölkədə müharibə dövrünün ən ciddi siyasi böhranına çevrilib.

Bu çərçivədə enerji və ədliyyə sahəsinə cavabdeh iki yüksək vəzifəli şəxs parlament tərəfindən vəzifədən azad olunub.

Modern.az-ın məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, energetika naziri və ədliyyə naziri postlarına yeni namizədlərin seçilməsi ilə bağlı Baş nazir Yuliya Svrıdenko ilə müzakirələr aparıb.

Çərşənbə günü parlamentin qəbul etdiyi qərarla ədliyyə naziri German Qaluşçenko, energetika naziri Svitlana Qrınçukvəzifələrindən azad edilib. Qaluşçenko 2021–2024-cü illərdə Ukraynanın energetika naziri olmuşdu.

Hər iki nazir özlərinə qarşı irəli sürülən ittihamları rədd edir.

İstintaq materiallarına görə, dövlət nüvə agentliyində müqavilələrin idarə olunmasına nəzarəti ələ keçirmək üçün 100 milyon dollarlıq sxem qurulduğu iddia olunur. Hadisə cəmiyyətdə ciddi narazılıq yaradıb və hakimiyyət daxilində islahatların zəruriliyi barədə çağırışları gücləndirib.

Zelenski bildirib ki, Ukraynanın “dövlət idarəetməsində tam şəffaflıq” prinsipindən geri addım atması mümkün deyil və növbəti günlərdə yeni kadr təyinatları elan olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada GƏRGİN ANLAR! Ukrayna bu yerləri bombaladı