Modern.az

Bəşər Əsəd Rusiyanı tərk edib? - KREMLDƏN CAVAB

Bəşər Əsəd Rusiyanı tərk edib? - KREMLDƏN CAVAB

Dünya

1 Dekabr 2025, 14:23

Kreml Bəşər Əsədin hazırda Rusiyada olub-olmaması barədə məlumat açıqlamaqdan imtina edib.

Modern.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Peskovdan Suriyanın qaçaq eks-prezidenti Bəşər Əsədin son bir il ərzində Rusiyada qalması, habelə bu müddətdə Vladimir Putinlə görüşüb-görüşməməsi barədə soruşulub. Kremlin rəsmisi sualı belə cavablandırıb: “Xeyr, bu məsələyə dair heç bir məlumat paylaşa bilmərik”.

Qeyd edək ki, Bəşər Əsəd ötən ilin dekabr ayının əvvəlində Suriyanı tərk edib. “Heyət Təhrir əş-Şam” qruplaşmasının rəhbərlik etdiyi qüvvələr iki həftədən az müddətdə ölkənin şimalından hücuma keçərək Dəməşqi ələ keçirmiş, bununla da Əsəd rejimi çökmüşdü.

Rejimin süqutundan sonra Əsəd və ailəsinin Moskvaya aparıldığı, Rusiya tərəfindən onlara sığınacaq verildiyi bildirilmişdi.

Kreml isə indiyədək Əsədin Rusiyadakı vəziyyəti və hər hansı yüksək səviyyəli görüşləri barədə rəsmi məlumat açıqlamır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyev bu vəzifədən də qovuldu