Rusiyanın Yekaterinburq şəhərində polis və xüsusi təyinatlı qüvvələr azərbaycanlı fəal Vidadi Mustafayevi saxlayıb.
Modern.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
O, torpaq sahəsinin satışında fırıldaqçılıqda şübhəli bilinir.
Vidadi Mustafayevin idman zalından çıxarkən saxlanılıdığı bildirilib.
Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın Yekaterinburq vilayətində azərbaycanlılara aid olduğu iddia edilən yeni təşkilat yaradılıb və rəhbər seçiblər. Belə ki, “Azərbaycanlıların Uralda Mədəniyyət, Gənclik və İdman Mərkəzi” adlı ictimai quruma Vidadi Mustafayevin sədrlik edəcəyi bildirilib. Vidadi Mustafayevin əvvəllər də bu təşkilatın prezidenti olduğu və indi faktiki olaraq bölgədəki diaspor işlərinin başında dayandığı iddia edilib.
Qeyd edək ki, Vidadi Mustafayev adlı şəxsin Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur.