Modern.az

Vahid Ələkbərov 2,58 milyard dollar itirdi - Rusiyalı milyarderlər

Vahid Ələkbərov 2,58 milyard dollar itirdi - Rusiyalı milyarderlər

Dünya

2 Dekabr 2025, 09:06

Bu ilin əvvəlindən bəri Rusiyanın ən varlı iş adamlarının sərvəti 18,1 milyard dollar artıb.

Modern.az xəbər verir ki, bu barədə “Bloomberg”in məlumatında bildirilib.

Agentlik qiymətləndirməsini özünün Bloomberg Billionaires Index (BBI) indeksinə əsaslandırır ki, bu indeks digər amillərlə yanaşı, şirkətlərin səhmlərinin dəyərinə əsaslanır.

Xüsusilə, USM Holding-in təsisçisi Əlişir Usmanovun sərvəti 5,32 milyard dollar artaraq 18,5 milyard dollara çatıb.

Ural Mədən və Metallurgiya Şirkətinin (UMMC) təsisçisi İsgəndər Mahmudov sərvətini 4,43 milyard dollar artıraraq 7,56 milyard dollara çatıb.

Bundan əlavə, Telegram-ın təsisçisi Pavel Durov ilin əvvəlindən 2,44 milyard dollar, Wildberries-in sahibi Tatyana Kim isə 654 milyon dollar qazanıb.

“Lukoil” şirkətinin səhmdarı Vahid Ələkbərovun sərvəti isə 2,58 milyard dollar azalıb. Nəticədə onun sərvəti 22,7 milyard dollara düşüb.

Daha bir sıra rus milyarderləri ciddi maliyyə itkisinə məruz qalıb. NLMK Direktorlar Şurasının sədri Vladimir Lisin 3,07 milyard dollar itirib və indi onun sərvəti 22,8 milyard dollar səviyyəsində qiymətləndirilir.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Rusiyaya ağır zərbə: Nə baş verir?