Noyabrın 30-da Vladimir Putin Şimal Hərbi Dairəsinin komandanlıq məntəqəsinə baş çəkib və Baş Qərargah rəisi Valeri Gerasimovun məruzəsini dinləyib.
Modern.az xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib. Onun açıqlamalarına görə, Rusiya qoşunları Ukraynanın Donetsk vilayətindəki Pokrovsk və Xarkov vilayətindəki Volçansk şəhərləri üzərində nəzarəti ələ keçirib.
Peskov bildirib ki, ordu generalı Gerasimov həmin şəhərlərin tutulduğu barədə Ali Baş Komandana məlumat verib.
"Mərkəz" qrupunun komandiri Valeri Solodçuk da öz növbəsində vəziyyət barədə məlumat verib.