Rusiya Prezidenti Vladimir Putin bu gün ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkovla görüşəcək.
Modern.az xəbər verir ki, Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev 2 dekabrı dünya üçün vacib gün adlandırıb.
Dmitriyev Facebook paylaşımında yazıb: "Dünya üçün vacib bir gün: Prezident Donald Trampın Qəzza sülh sazişini hazırlayan komandası Trampın Ukraynadakı sülh gündəliyini irəli aparmaq üçün Moskvada olacaq".
Putin dekabrın 2-də ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkovla görüşündə əsas mövzu Ukrayna böhranının həlli, o cümlədən ABŞ-ın bu məsələ ilə bağlı təklifləri olacaq. Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun əvvəllər bildirdiyi kimi, görüş günortadan sonra keçiriləcək. Söhbətin ilk görüntüləri mediaya təqdim olunacaq.