Modern.az

Qəzzada daha bir jurnalist həlak oldu

Qəzzada daha bir jurnalist həlak oldu

Dünya

2 Dekabr 2025, 20:41

İsrail ordusunun Qəzzaya hücumu nəticəsində daha bir jurnalist həlak olub.

Modern.az xəbər verir ki, bu barədə Qəzzadakı Media Ofisi məlumat yayıb.

Məlumata görə, ordu Qəzza zolağının cənubundakı Sarı Xəttdən kənarda yerləşən və İsrailin nəzarəti altında olmayan Xan Yunisə hücum edib.

Hücum nəticəsində fələstinli fotojurnalist Mahmud Vadi həlak olub.

Bununla da 7 oktyabr 2023-cü ildən bəri Qəzzada öldürülən jurnalistlərin sayı 257-yə çatıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Rusiyaya ağır zərbə: Nə baş verir?