Peruda prezidentliyə namizəd Rafael Belaundeyə qarşı sui-qəsd olub.
Modern.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, onun avtomobilinə bir neçə dəfə atəş açılıb. Hadisə nəticəsində namizəd xəsarət almayıb.
Rafael Belaunde Perunun keçmiş prezidenti Fernando Belaundenin nəvəsidir. Peruda ümumi seçkilər gələn il aprelin 12-də keçiriləcək.