Modern.az

Putinlə görüşdən əvvəl restoranda nahar ediblər - MENYU

Putinlə görüşdən əvvəl restoranda nahar ediblər - MENYU

Dünya

2 Dekabr 2025, 23:13

ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uİtkoff və sabiq Ağ Ev müşaviri Cared Kuşner Moskvada Qırmızı Meydanın yaxınlığındakı restoranda nahar ediblər.

Modern.az xəbər verir ki, "RIA Kremlinpool" kanalının məlumatına görə, onlar rus mətbəxinin bir sıra ənənəvi yeməklərini dadıblar.

Məlumata görə, Uitkoffa qırmızı kürü, ağbalıq (Beluqa) və durnabalığının kürüsü, 1961-ci il resepti ilə hazırlanan “Paytaxt” salatı, qarabaşaqla doldurulmuş kəklik əti, xüsusi reseptlə hazırlanmış maral əti və müxtəlif soyuq qəlyanaltılar təqdim olunub. Bildirilib ki, ABŞ nümayəndəsi əlavə olaraq özü üçün xüsusi yemək – pendirli buğda çörəyi sifariş edib.

Hesablamalara görə, bu nahar Uİtkoff və Kuşnerə təxminən 25 min rubl başa gələ bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Rusiyaya ağır zərbə: Nə baş verir?