Modern.az

Tramp-Putin-Zelenski eyni masada - Nazir arzusunu açıqladı

Tramp-Putin-Zelenski eyni masada - Nazir arzusunu açıqladı

Dünya

3 Dekabr 2025, 11:03

ABŞ-nin müharibə naziri Pit Heqset ABŞ prezidenti Donald Tramp, Rusiya lideri Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskini birgə şam yeməyində toplamaq arzusunu ifadə edib.

Modern.az xəbər verir ki, o bu fikri jurnalist Keti Millerə 2 dekabrda verdiyi müsahibədə səsləndirib.

Millerin “şam yeməyinə hansı üç şəxsi dəvət edərdiniz?” sualına Heqset belə cavab verib:

“Hazırkı vəziyyətdə düşünürəm ki, bu adlar Tramp, Rusiya prezidenti Vladimir Putin və Zelenski olar. Və görək nə alınır. Bu, sülh naminə şam yeməyi olar”.

Nazir menyu barədə sualı da cavablandırıb. Onun sözlərinə görə, belə görüşdə əsas yemək kimi steyk təqdim edilə bilər:

“Prezidentlər nə istəyəcəklərsə, onu. Yəqin ki, rus sousu ilə salat da olardı.”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Əli Kərimliyə bu göstərişi verib - ŞOK DETALLAR üzə çıxdı