Modern.az

Rusiya Pokrovsku ələ keçirdi - İDDİA

Rusiya Pokrovsku ələ keçirdi - İDDİA

Dünya

3 Dekabr 2025, 15:12

Rusiya Silahlı Qüvvələri Donetsk vilayətinin strateji məntəqələrindən biri olan Pokrovsku nəzarətə götürüb.

Modern.az xəbər verir ki, bu iddia ilə Almaniyanın "Bild" nəşri çıxış edib.

Nəşrin hərbi müşahidəçisi Yulian Röpkenin məlumatına görə, yaxınlıqdakı Mirnoqradda hələ də Ukrayna qüvvələri mövcuddur.

Röpke yazır ki, Pokrovskun itirilməsi Ukraynanın informasiya müharibəsi baxımından növbəti ciddi zərbəsidir:

“Bu, göstərir ki, Ukrayna ordusu Rusiyanın hücumunu dayandıra bilmir, yalnız sürətini azalda bilir”.

O bildirir ki, Pokrovsk artıq Kiyev üçün strateji əhəmiyyətini çoxdan itirmişdi, şəhərə gedən bütün yollar ya dağıdılıb, ya dronların hədəfinə çevrilib, ya da Rusiya nəzarətində olan ərazilərə aparır.

"Bild" yazır ki, Pokrovsk Rusiyanın qərbə doğru Dnepropetrovsk vilayəti istiqamətində yeni hücum üçün potensial tramplin ola bilər. Lakin Röpke hesab edir ki, bu hadisə Donbasın qalan hissəsinə görə gedən müharibəyə həlledici təsir göstərməyəcək.

Röpkenin fikrincə, Ukraynanın Donbasda nəzarətdə saxladığı iki böyük şəhər - Slavyansk və Kramatorsk Pokrovskdan 50 kilometrdən çox məsafədə yerləşir və hələlik bu şəhərlərə qarşı döyüş əməliyyatları başlamayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Kıbrıs konusunda ABD-nin İsrail ve Yunanistan`ın rolü?