Modern.az

“Əhməd, sən böyük lider olacaqsan”

“Əhməd, sən böyük lider olacaqsan”

Dünya

3 Dekabr 2025, 12:15

ABŞ prezidenti Donald Tramp Suriyanın dövlət başçısı Əhməd əş-Şəraya dəstəyini təsdiqləyən məktub göndərib.

Modern.az xəbər verir ki, "Al Arabiya"nın məlumatına görə, məktub ABŞ-ın Dəməşqdəki səfiri Tom Barrak tərəfindən şəxsən çatdırılıb.

Məktuba ötən ay Oval kabinetdə Tramp və əş-Şəranın görüşündən çəkilmiş foto da əlavə edilib. Barrak bu həftə Dəməşqdə Suriya lideri və digər rəsmilərlə danışıqlar aparıb. Danışıqların əsas mövzuları ABŞ-ın dəstəklədiyi kürd qüvvələri ilə münasibətlərin tənzimlənməsi, ölkədəki etnik qrupların təhlükəsizliyi və İsrailin davam edən hava hücumları olub.

Ərəb mediasının iddiasına görə, Tramp məktubda belə yazıb: “Əhməd, sən böyük lider olacaqsan və Amerika sənə kömək edəcək!”

ABŞ prezidenti həmçinin İsraili Suriya ilə dialoqu davam etdirməyə çağırıb. O, "Truth Social"da paylaşdığı mesajda bölgədə sabitliyin vacibliyini vurğulayıb: “İsrail Suriya ilə güclü və səmimi dialoqu davam etdirməlidir. Suriyanın çiçəklənən dövlətə çevrilməsinə mane olacaq heç nə baş verməməlidir.”

Məlumata görə, bu paylaşım Trampın İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığından sonra edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Əli Kərimliyə bu göstərişi verib - ŞOK DETALLAR üzə çıxdı