Modern.az

Zelenski-Uitkof görüşü niyə ləğv edildi…

Zelenski-Uitkof görüşü niyə ləğv edildi…

Dünya

3 Dekabr 2025, 12:21

Ukrayna Prezidenti Vladimir Zelenski ilə Donald Trampın xüsusi elçisi Stiv Uitkof və ABŞ liderinin kürəkəni Cared Kuşner də daxil olmaqla Amerika nümayəndə heyəti arasında görüş ləğv edilib.

Modern.az xəbər verir ki, jurnalist Aleks Raufoğlu bildirib ki, görüş Brüsseldə keçirilməli idi.

"Mənbələrə görə, Brüsseldəki görüş ləğv edilib. Zelenski vətənə qayıdır", - deyə o yazıb.

Jurnalist həmçinin Kremlin açıqlamasına istinadən qeyd edib ki, Uitkof və Kuşner Rusiya lideri Vladimir Putinlə danışıqlardan sonra Vaşinqtona qayıdacaqlarına söz veriblər.

Eyni zamanda, "The Wall Street Journal" qəzeti Rusiya-ABŞ görüşünün sülh danışıqlarındakı əsas maneəni həll edə bilmədiyini yazıb. Bu, razılaşmaya əsas maneələrdən biri ərazi məsələsidir.

Putinin müşaviri Yuri Uşakov ərazi məsələsinin Moskva üçün ən vacib məsələlərdən biri olduğunu, lakin tərəflərin hələlik kompromis əldə edə bilmədiklərini söyləyib.

“Sky News”un Moskva müxbiri İvor Bennett öz növbəsində qeyd edib ki, Rusiya ABŞ-la danışıqlardan əvvəl Pokrovskın "ələ keçirilməsini" qəsdən elan edib.

"Amerika nümayəndə heyətinin Moskvaya səfəri ərəfəsində Rusiyanın Donetsk bölgəsində əsas strateji hədəf olan Pokrovskın ələ keçirilməsini elan etməsi təsadüfi deyil. Bu, Rusiyanın dominantlığını təsdiqləmək və nəticədə tələblərini zəiflətmək yox, gücləndirmək məqsədi daşıyan bir bəyanat idi", - deyə jurnalist qeyd edib.

Sizə yeni x var
Keçid et
Kıbrıs konusunda ABD-nin İsrail ve Yunanistan`ın rolü?