Modern.az

Pakistan İrəvanda səfirlik açır

Pakistan İrəvanda səfirlik açır

Dünya

3 Dekabr 2025, 14:58

Ermənistan və Pakistanın diplomatik nümayəndələri Ermənistanda Pakistan səfirliyinin açılması üzərində fəal şəkildə işləyirlər.

Modern.az-ın məlumatına görə, diplomatik mənbələrdən Ermənistan KİV-nə bildirilib ki, səfirliyin gələn il açılması planlaşdırılır.

Ermənistan Respublikası Xarici İşlər Nazirliyi medianın bununla bağlı sorğusunu təkzib etməyib.

"Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulması ilə bağlı birgə kommünike imzalamaqla, bir-birinə lazımi yardım göstərmək barədə razılığa gəliblər. Bu kontekstdə ictimaiyyət gələcək inkişaflar barədə lazımi qaydada məlumatlandırılacaq", - deyə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi cavabında bildirilib.

Ermənistan və Pakistan arasında diplomatik münasibətlər 31 avqust 2025-ci ildə qurulub. Həmin gün Çində iki ölkə arasında diplomatik münasibətlərin qurulması ilə bağlı birgə kommünike imzalanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Kıbrıs konusunda ABD-nin İsrail ve Yunanistan`ın rolü?