Modern.az

ABŞ Avropadan inciyib

ABŞ Avropadan inciyib

Dünya

4 Dekabr 2025, 07:52

ABŞ Dövlət katibinin müavini Kristofer Landau Avropanın NATO üzrə müttəfiqlərini kəskin tənqid edib. O bildirib ki, Avropa ölkələri yenidən silahlanma prosesində Amerika istehsalı silahları arxa plana keçirir və üstünlüyü öz müdafiə sənayelərinə verir.

Modern.az xəbər verir ki, məlumatı "Politico" nəşri diplomatik mənbələrə istinadən yayıb.

NATO-nun üç diplomatı nəşrə bildiriblər ki, Landau bu fikirləri 3 dekabrda Alyans ölkələrinin xarici işlər nazirlərinin görüşündə səsləndirib.

Onların sözlərinə görə, ABŞ rəsmisi Avropa nazirlərindən tələb edib ki, Amerika müdafiə şirkətlərinin bazardan kənarlaşdırılması tendensiyasına son qoyulsun.

Dövlət Departamentinin digər rəsmisinin sözlərinə görə, Landau vurğulayıb ki, Avropa müdafiə xərcləri ilə bağlı öhdəlikləri real imkanlara çevirməlidir, proteksionist yanaşma isə “kollektiv müdafiəni zəiflədir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Kıbrıs konusunda ABD-nin İsrail ve Yunanistan`ın rolü?