Modern.az

Türkiyədə dəhşətli qəza - 6 nəfər ÖLDÜ

Türkiyədə dəhşətli qəza - 6 nəfər ÖLDÜ

Dünya

6 Dekabr 2025, 13:50

Dekabrın 6-sı səhər saatlarında Türkiyənin cənubundakı Osmaniyə əyalətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Şanlıurfa şəhərindən Adanaya gedən sərnişin avtobusu yük maşını ilə toqquşub.

Modern.az xəbər verir ki, ilkin məlumatlara görə, yerli vaxtla təxminən səhər saat 5:00-da baş verən hadisədə 6 nəfər ölüb, 11 nəfər yaralanıb.

Medianın məlumatına görə, zərbə o qədər güclü olub ki, bəzi sərnişinlər oturacaqları arasında qalıb və yalnız xilasedicilər hadisə yerinə gələndən sonra onları xilas etmək mümkün olub. Yaralılar Osmaniyə əyalətindəki müxtəlif xəstəxanalara çatdırılıb.

Qaziantep şəhəri istiqamətində gedən magistral yolun bir hissəsi müvəqqəti olaraq nəqliyyatın hərəkəti üçün bağlanıb.

Qəzanın səbəbləri ilə bağlı araşdırma başlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı