Modern.az

HƏMAS bu şərtlə tərksilaha razıdır

HƏMAS bu şərtlə tərksilaha razıdır

Dünya

7 Dekabr 2025, 16:31

HƏMAS silahlarını gələcəkdə Qəzzanı idarə edəcək “dövlət”ə bir şərtlə təhvil verməyə hazırdır. Bunun üçün İsrail “işğal”ı sona çatmalıdır.

 

Modern.az “əl-Arabiyyə” telekanalına istinadla xəbər verir ki, bunu Qəzzada HƏMAS-ın lideri Xəlil əl-Heyyə bildirib.

 

Qeyd edilib ki, HƏMAS lideri “dövlət” deyəndə “gələcək suveren Fələstin”i nəzərdə tutub.

 

Xəlil əl-Heyyə əlavə edib ki, silahların təslim edilməsi məsələsi Fələstin qrupları və vasitəçilər arasında müzakirə mövzusudur. Razılaşmanın əldə edilməsi hələ başlanğıc mərhələdədir. “Biz sərhədlərə və Qəzzada atəşkəsə nəzarət edəcək qüvvələr kimi BMT qüvvələrini qəbul edirik”, - deyə HƏMAS lideri bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı