Havay adalarında dünyanın ən aktiv vulkanlarından biri sayılan Kilauea növbəti dəfə püskürüb.
Modern.az xəbər verir ki, rəsmi məlumatlara görə, lava fontanının hündürlüyü təxminən 370 metrə çatıb.
Qeyd edək ki, Kilauea Havay mədəniyyətində xüsusi yer tutur. Əfsanələrə görə, bu vulkan Pele adlı vulkanlar ilahəsinin məskəni hesab olunur. Püskürmənin fəaliyyət zonası nəzarət altındadır və təhlükənin səviyyəsi barədə məlumatlar yenilənir.