ABŞ prezidenti Donald Trampın oğlu kiçik Tramp atasının Ukrayna ilə bağlı sülh prosesindən imtina edə biləcəyini deyib.
Modern.az xəbər verir ki, o, bu mövzunun amerikalılar üçün prioritet olmadığını deyib, Avropanın daha yaxşı plana ehtiyac duyduğunu vurğulayıb.
Kiçik Tramp 2025-ci ildə Dohada keçirilən forumda “Amerika hər şeydən əvvəl” adlı investisiya proqramını təqdim edərkən qlobal sabitliklə iqtisadi rifah arasında birbaşa əlaqə olduğunu söyləyib. O, müdafiə texnologiyaları və süni intellektə yatırımların ABŞ üçün strateji əhəmiyyət daşıdığını qeyd edib.
Kiçik Tramp atasının Ukraynaya dəstəyi dayandıracağına inanıb-inanmadığı barədə suala belə cavab verib:
“Düşünürəm ki, bu mümkündür. Atamla bağlı yaxşı olan və onu unikallaşdıran məqam odur ki, onun nə edəcəyini əvvəlcədən bilmək olmur. O, qeyri-müəyyəndir”.
Prezidentin oğlu Ukraynanı “Rusiyadan daha korrupsiyalaşmış ölkə” adlandırıb və prezident Zelenskini “bütün zamanların ən böyük marketoloqlarından biri” kimi təqdim edib.