Modern.az

İki ölkə yenidən döyüşməyə başladı

İki ölkə yenidən döyüşməyə başladı

Dünya

8 Dekabr 2025, 08:53

Kamboca Silahlı Qüvvələrinin bölmələri Tailandla sərhəd bölgəsində yenidən atəş açıblar.

 

Modern.az xəbər verir ki, bu barədə TASS Tailand Ordusunun İkinci Hərbi Dairəsinin bəyanatına istinadla məlumat yayıb.

 

Bəyanatda deyilir: “2025-ci il dekabrın 8-də Kamboca qüvvələri Çonq An Ma bölgəsində atəş açdı. Biz nişanlanma qaydalarına uyğun olaraq atəşlə cavab verdik”.

 

Atışma yerli vaxtla saat 05:00 və 06:00-da (Bakı vaxtı ilə saat 02:00 və 03:00) baş verib.

 

Məlumatda qeyd olunur ki, bölgədə vəziyyət gərgin olaraq qalır.

 

Dekabrın 7-də Tailand Xarici İşlər Nazirliyinin sözçüsü Nikondet Phalangkun bildirmişdi ki, ölkə ordusu Kamboca sərhədində özünümüdafiə məqsədilə atəş açıb. Onun sözlərinə görə, insident zamanı iki tailandlı hərbçi yaralanıb.

Sizə yeni x var
Keçid et
Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi