“Məni Nobel Sülh Mükafatına namizəd göstərdiyiniz birgə məktubunuza görə sizə və Prezident İlham Əliyevə təşəkkür edirəm. Bu məni vacib missiyamızı davam etdirməyə ruhlandırır, dərin minnətdarlıq edirəm”.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın Ermənistanın Baş naziri Nikol Paşinyana ünvanladığı məktubda bildirilib.
"Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq, dünyada münaqişələrə son qoymağa və bütün insanlar üçün sülh və rifahın təmin edilməsinə sadiq qalıram. Davamlı tərəfdaşlığınızla qeyri-mümkün olana nail olacağıq.
Davamlı dəstəyiniz üçün bir daha təşəkkür edirəm", - deyə məktubda qeyd edilib.