Modern.az

Ukrayna 1 milyon əsgər itirib - Lavrovdan şok İDDİA

Ukrayna 1 milyon əsgər itirib - Lavrovdan şok İDDİA

Dünya

11 Dekabr 2025, 13:44

Ukrayna Silahlı Qüvvələrinin itkiləri 1 milyonu keçib.

Modern.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynadakı vəziyyətin nizamlanması ilə bağlı səfirlər səviyyəsində keçirilən dəyirmi masada çıxış edərkən bildirib.

O deyib ki, danışıqlar zamanı Ukraynaya 11 mindən çox hərbçisinin cəsədi təhvil verilib, Rusiya isə 201 rus əsgərinin cəsədini geri alıb.

Rusiya xarici işlər naziri münaqişə zamanı Ukrayna Silahlı Qüvvələrinin itkilərinin 1 milyonu keçdiyini qeyd edib. O, həmçinin xatırladıb ki, Rusiya ilə Ukrayna arasında İstanbul danışıqları hər iki tərəfdən 2500 əsgərin mübadiləsi ilə nəticələnib.

Bundan əlavə, Lavrov vurğulayıb ki, Putin və Uitkov arasında son görüş Alyaska sammitindən sonra yaranan Rusiya ilə ABŞ arasında bütün anlaşılmazlıqların həllinə kömək edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Zelenskidən KRİTİK AÇIQLAMA! Qərarı onlar verəcək - Vəzifədən gedir?