Modern.az

İrəvandakı qondarma “Qarabağ nümayəndəliyi”ndə axtarış gedir

İrəvandakı qondarma “Qarabağ nümayəndəliyi”ndə axtarış gedir

Dünya

11 Dekabr 2025, 14:12

İstintaq Komitəsi bildirib ki, "cinayə işi çərçivəsində zəruri istintaq hərəkətləri həyata keçirilir". Lakin onlar hansı işə istinad etdiklərini dəqiqləşdirməyiblər.

Ermənistan İstintaq Komitəsinin əməkdaşları İrəvandakı qondarma “Dağlıq Qarabağ nümayəndəliyi”ndə axtarış aparırlar.

Modern.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Qondarma nümayəndəliyin təmsilçisi Njde İskandaryan bildirib, bir saat  əvvəl müstəntiqlər gəlib axtarışa və sənədlərin müsadirəsinə icazə verən məhkəmə qərarını təqdim ediblər.

"Biz sənədləri təqdim etmişik və hadisələrin gedişatını izləyirik. Onların hansı sənədləri axtardıqlarını və ya nəyi müsadirə etməli olduqlarını bilmirəm", - İskandaryan deyib.

İstintaq Komitəsindən bildirilib ki, "cinayə işi çərçivəsində zəruri istintaq hərəkətləri həyata keçirilir", lakin hansı işə istinad etdikləri açıqlanmayıb.

Sizə yeni x var
Keçid et
Zelenskidən KRİTİK AÇIQLAMA! Qərarı onlar verəcək - Vəzifədən gedir?