Modern.az

Rusiya ordusunda döyüşən azərbaycanlı kapitan ölüb

Rusiya ordusunda döyüşən azərbaycanlı kapitan ölüb

Dünya

13 Dekabr 2025, 10:19

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkədə hərbi bloger Tofiq Şahmuradov məlumat yayıb.

"44 günlük Vətən müharibəsində Goranboy briqadasının tibb xidmət rəisi, müharibədə göstərdiyi qəhrəmanlıqlara görə “Azərbaycan bayrağı” ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilmiş tibb xidməti kapitanı Həsənov Qafur Cəmaləddin oğlu Ukraynada gedən müharibədə həlak olub.
Azərbaycan Ordusundan ehtiyata buraxılandan sonra Rusiyaya getmiş, Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibədə iştirak edirdi", - T.Şahmuradov bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?