Modern.az

Kadırov vəzifədə qalmağa çalışır

Kadırov vəzifədə qalmağa çalışır

Dünya

14 Dekabr 2025, 19:30

Çeçenistan Respublikasının hazırkı rəhbəri Ramzan Kadırov 2026-cı ildə keçiriləcək regional rəhbər seçkilərində iştirak edə biləcəyini açıqlayıb.

Modern.az xəbər verir ki, o, bu barədə ÇGTRK “Qroznı” telekanalında yayımlanan canlı efir zamanı danışıb və namizədliyini yalnız Rusiya prezidenti Vladimir Putinin təklifi olacağı və xalqın dəstəkləyəcəyi halda irəli sürəcəyini bildirib.

“Prezident təklif etsə və xalq dəstək versə, seçkilərə qatılacağam”, – deyə Kadırov vurğulayıb.

Ramzan Kadırov 2007-ci il aprelin 5-dən Çeçenistan Respublikasına rəhbərlik edir və hazırda Rusiyada ən uzun müddətdir vəzifədə olan regional rəhbər hesab olunur. Respublika başçısının son seçkiləri 2021-ci ilin sentyabrında keçirilib. Həmin seçkilərdə Kadırov 94,42 faiz seçici fəallığı şəraitində səslərin 99,7 faizini toplayıb. Onun səlahiyyət müddəti 2026-cı ildə başa çatır.

Kadırov son illərdə bu məsələ ilə bağlı bir neçə dəfə fərqli mövqe nümayiş etdirib. O, 2022-ci ilin sentyabrında vəzifəsində uzun müddət qaldığını bildirərək “uzunmüddətli və limitsiz məzuniyyətə” layiq olduğunu demişdi. Lakin 2023-cü ilin iyulunda mövqeyini dəyişərək, seçicilərin dəstəyi olacağı təqdirdə yenidən namizədliyini irəli sürməyə hazır olduğunu açıqlamışdı.

2025-ci ilin may ayının əvvəlində isə Kadırov yenidən istefa məsələsini gündəmə gətirib. Mediaya yayılan mümkün istefa xəbərlərini şərh edən Çeçenistan rəhbəri özü bu vəzifədən azad olunması ilə bağlı müraciət etdiyini bildirib.

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?