Modern.az

Bu universitetdə müəllimlərin yarısı öz məzunlarıdır

Bu universitetdə müəllimlərin yarısı öz məzunlarıdır

Təhsil

31 Yanvar 2026, 10:31

“Hər 2 müəllimimizdən 1-i ADPU-nun öz yetirməsidir”.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) açıqlamasında bildirilib.

Belə ki, Pedaqoji Universitetdə çalışan professor-müəllim heyətinin 49.2 %-i ADPU-nun öz məzunlarıdır.

Ümumilikdə universitetdə 775 nəfər professor-müəllim heyəti fəaliyyət göstərir. Bundan başqa, 104 nəfər isə universitetdə inzibati vəzifə daşımaqla yanaşı, həm də pedaqoji fəaliyyətlə məşğul olur

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?