Modern.az

Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ

Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ

Dünya

15 Dekabr 2025, 22:16

Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) Qara dəniz üzərində nəzarətdən çıxdığı müəyyən edilən pilotsuz uçuş aparatının (PUA) vurularaq məhv edildiyini açıqlayıb.

Modern.az-ın məlumatına görə, Nazirliyin yaydığı açıqlamada bildirilib ki, Qara dəniz istiqamətindən Türkiyənin hava məkanına yaxınlaşan bir hava vasitəsi aşkar edilib və mövcud prosedurlar çərçivəsində nəzarətə götürülüb.

Hava məkanının təhlükəsizliyini təmin etmək məqsədilə NATO və milli nəzarətdə olan F-16 qırıcılarına “xəbərdarlıq reaksiyası” tapşırığı verilib.

Açıqlamada qeyd olunub ki, aparılan yoxlamalar zamanı sözügedən hava vasitəsinin nəzarətdən çıxmış bir pilotsuz uçuş aparatına aid olduğu müəyyən edilib. Hər hansı təhlükəli vəziyyətin yaranmasının qarşısını almaq üçün PUA yaşayış məntəqələrindən kənarda, təhlükəsiz ərazidə vurularaq yerə endirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır