Modern.az

Tramp BBC-ni məhkəməyə verib

Tramp BBC-ni məhkəməyə verib

Dünya

16 Dekabr 2025, 08:16

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın BBC yayım korporasiyasını məhkəməyə verərək azı 10 milyard dollar təzminat tələb edir.

Modern.az xəbər verir ki, bu barədə ABŞ liderinin Florida ştatının Cənub dairəsi üzrə federal məhkəməsinə təqdim etdiyi iddia ərizəsində qeyd olunub.

Məhkəmənin elektron bazasında dərc olunan sənədə əsasən, Tramp BBC-ni böhtan atmaqda və Florida ştatının “aldadıcı və qeyri-ədalətli ticarət təcrübələri” haqqında qanununu pozmaqda ittiham edir.

Hər bir maddə üzrə Tramp ən azı 5 milyard dollar məbləğində təzminat, həmçinin faizlərin, məhkəmə xərclərinin, cərimələrin, vəkil xərclərinin və məhkəmənin məqsədəuyğun hesab edəcəyi digər ödənişlərin tutulmasını tələb edir.

İddia ərizəsində deyilir ki, BBC-nin 6 yanvar 2021-ci ildə Trampın səsləndirdiyi çıxışın fraqmentlərini redaktə etməsi qəsdən və bəd niyyətlə həyata keçirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır