ABŞ prezidenti Donald Tramp bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxladığını bildirib.
Modern.az xəbər verir ki, Tramp Ağ Evdə jurnalistin bu yaxınlarda belə əlaqələri olub-olmadığı ilə bağlı sualına cavab olaraq bildirib:
"Bəli, belə bir əlaqə olub".
Lakin Tramp Putinlə dəqiq nə vaxt danışdığını aydınlaşdırmayıb.