Rusiyanın TRIPP layihəsində (Zəngəzir dəhlizi-red.) iştirakı müzakirə mövzusu deyil.
Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan dekabrın 16-da jurnalistlərlə söhbətində Moskvanın TRIPP layihəsində Rusiyanın iştirakını İrəvanla müzakirə etməyə hazır olduğuna dair iddiasına cavabında bildirib.
"Biz məmnunuq ki, onlar bunu bizimlə müzakirə etməyə hazırdırlar. Əgər bunu 160 dəfə təkrar etməyimi istəyirsinizsə, belə müzakirələr yoxdur. Mən hipotetik suallara cavab vermirəm", - Rubinyan əlavə edib.
Xatırladaq ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin bildirib ki, Moskva Zəngəzur dəhlizi təşəbbüsünün parametrlərilə bağlı İrəvanla məsləhətləşmələrə hazırdır.