Modern.az

Ərdoğan Ermənistanla normallaşma prosesindən DANIŞDI

Ərdoğan Ermənistanla normallaşma prosesindən DANIŞDI

Dünya

16 Dekabr 2025, 16:06

"Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa yaxındırlar. Azərbaycanla dialoq apararkən, eyni zamanda Ermənistanla normallaşma proseslərimizi də irəlilədirik".

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16-cı Səfirlər Konfransında çıxışında deyib.

O vurğulayıb ki, illərdir sülhə həsrət qalan Cənubi Qafqaz bu gün tarixi bir dövrdən keçir və Ermənistanla münasibətlərdə gələn ilin əvvəlindən etibarən bəzi simvolik addımlar atılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı