Rusiyanın Yekaterinburq şəhərində Ufadan olan marksist dərnəyin üzvləri barəsində hökm çıxarılıb.
Məhkəmə onları hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun dəyişdirilməsinə hazırlıqda təqsirli bilib. Modern.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.
Məlumata görə, iş üzrə bütün təqsirləndirilən şəxslər 16 ildən 22 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar. Hökmə əsasən, cəzanın bir hissəsi həbsxanada, qalan hissəsi isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkiləcək.
Təqsirləndirilənlər arasında sabiq deputat Dmitri Çuvilin, təqaüdçü Yuri Yefimov, həkim Aleksey Dmitriyev, keçmiş güc strukturu əməkdaşı Pavel Matisov və Rinat Burkeyev də var.
İstintaqın müəyyən etdiyinə görə, “terrorçu qrupun”nin yaradıcısı Matisov olub, digər şəxslər isə onun fəaliyyətində iştirak ediblər. İttihama görə, qrup 2019–2022-ci illərdə Başqırdıstan Respublikası ərazisində fəaliyyət göstərib. Bundan əvvəl məhkum olunan şəxslərin hamısı Rusiyada “terrorçular və ekstremistlər” siyahısına daxil edilib.