Modern.az

Türkiyənin ən güclü partiyaları - Sorğunun nəticələri AÇIQLANDI

Türkiyənin ən güclü partiyaları - Sorğunun nəticələri AÇIQLANDI

Dünya

16 Dekabr 2025, 21:36

Türkiyənin məşhur tədqiqat mərkəzi GENAR-ın noyabr ayında keçirdiyi rəy sorğusunun nəticələri açıqlanıb.

Modern.az xəbər verir ki, sorğu siyasi partiyaların cəmiyyətdəki sosial çəkisini və seçicilərin ölkə iqtisadiyyatına etimad səviyyəsini əhatə edir.

GENAR-ın noyabr sorğusuna görə, hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 34 faiz səslə birinci yerdə qərarlaşıb.

Əsas müxalifət qüvvəsi olan Cümhuriyyət Xalq Partiyası (CHP) isə 32,1 faizlə ikinci pillədə yer alıb.

Sorğunun nəticələrinə əsasən, kürd elektoratını təmsil edən DEM Partiyası 10,7 faiz səslə üçüncü, əsasən millətçi elektorata söykənən Milliyyətçi Hərəkat Partiyası (MHP) isə 8,1 faizlə dördüncü yerdədir.

Digər partiyalar arasında İYİ Partiya 4,3 faiz, Zəfər Partiyası 3,6 faiz, “Açar” (Anahtar) Partiyası isə 2,5 faiz səs toplayıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır