Modern.az

Fransa Azərbaycandan neft idxalını 3 dəfədən çox artırıb

Fransa Azərbaycandan neft idxalını 3 dəfədən çox artırıb

Dünya

16 Dekabr 2025, 23:33

Cari ilin yanvar–noyabr aylarında Azərbaycandan Fransaya 143,1 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 281,1 min ton həcmində xam neft və neft məhsulları ixrac olunub.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata görə, bu göstərici dəyər ifadəsində 2024-cü ilin eyni dövrü ilə müqayisədə 86 milyon ABŞ dolları və ya 2,5 dəfə, həcm ifadəsində isə 191,3 min ton və ya 3,1 dəfə çoxdur.

Qeyd olunan dövrdə Fransa Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 12-ci yeri tutub.

Qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib.

Məlumata əsasən, analoji 2024-cü ilin dövrü ilə müqayisədə dəyər ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz azalıb, fiziki ifadədə isə 576 min ton və ya 2,7 faiz artım qeydə alınıb.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır