Rəsmi Tbilisi Azərbaycan və Ermənistanın maraqlarını nəzərə alır. Düşünürəm ki, danışıqlar yolu ilə hər üç ölkənin maraqlarını təmin edəcək ən yaxşı yolu tapacağıq.
Modern.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata açıqlamasında söyləyib.
O deyib: “Türkmənistanda Azərbaycanın Baş naziri ilə çox səmimi görüş keçirdim. Ümumiyyətlə, Azərbaycan bizim çox önəmli dostumuzdur. Hökumətlərimiz arasında olduqca mehriban münasibətlər mövcuddur. Buna görə də, heç bir məsələdə ortaq dil tapmaqda çətinlik çəkməyəcəyik".
Kobaxidzenin sözlərinə görə, danışıqların mövzusu Azərbaycandan Gürcüstan ərazisi vasitəsilə tranzitin hansı formada həyata keçiriləcəyidir. “Bizim üçün Azərbaycan tərəfinin maraqları, eləcə də Ermənistan tərəfinin maraqları tamamilə məqbuldur. Bizim öz maraqlarımız var və düşünürəm ki, danışıqlar əsasında hər üç ölkənin maraqlarını təmin edəcək ən yaxşı yolu asanlıqla tapacağıq”, - deyə Baş nazir bildirib.
O, Cənub Qaz Dəhlizi Sazişinin müddətinin bitməsi ilə bağlı sualı da cavablandırıb. O, bütün məsələlər üzrə danışıqların aparıldığını qeyd edib.