Modern.az

Türkiyədə daha 160 FETÖ-çü saxlanıldı

Türkiyədə daha 160 FETÖ-çü saxlanıldı

Dünya

17 Dekabr 2025, 12:06

Son iki həftə ərzində Türkiyə təhlükəsizlik qüvvələri Fətullah Gülən Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən 160 nəfəri saxlayıb, onlardan 90-ı həbs edilib.

Modern.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial mediada bildirib.

Reydlər 39 əyalətdə keçirilib. Saxlanılanlar arasında təşkilatın maliyyə, təhsil və xarici əlaqələr strukturlarında çalışan şəxslər də var.

Türkiyə hakimiyyəti FETÖ (Fetullahçı Terror Təşkilatı) adlandırdığı Gülən təşkilatını doqquz il əvvəl, 15 iyul 2016-cı ildə baş verən çevriliş cəhdində iştirak etməkdə ittiham edir. Türkiyədə çevrilişdən sonra 80 mindən çox insan həbs edilib və hərbi qulluqçular da daxil olmaqla təxminən 150 min dövlət qulluqçusu işdən çıxarılıb və ya vəzifəsindən kənarlaşdırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır