Modern.az

Çaylar narıncıya boyandı - TƏHLÜKƏ

Çaylar narıncıya boyandı - TƏHLÜKƏ

Dünya

17 Dekabr 2025, 20:50

Arktika indiyədək qeydə alınmış ən isti və ən rütubətli ilini yaşayıb.

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) hesabatında deyilir.

Araşdırma göstərir ki, regionda iqlim dəyişikliyi qlobal orta göstəricidən iki dəfədən çox sürətlə gedir.

NOAA bildirir ki, 2024-cü ilin oktyabrından 2025-ci ilin sentyabrınadək Arktikada səth hava temperaturu 1900-cü ildən bəri ən yüksək səviyyəyə çatıb. Son 10 ilin hamısı isə ölçmələr tarixində ən isti 10 il sırasında yer alıb. Qlobal miqyasda isə temperatur artımı artıq sənaye öncəsi dövrlə müqayisədə 1,5 dərəcəni keçib.

Hesabatda vurğulanır ki, sürətlə əriyən daimi donmuş torpaqlar nəticəsində Alyaskadakı 200-dən çox çayda dəmir və digər metallarla çirklənmə artıb, bu da çay sularının narıncı rəngə çevrilməsinə səbəb olub. Alimlər bunun suyun keyfiyyəti, biomüxtəliflik və yerli icmalar üçün ciddi risklər yaratdığını bildirirlər.

Mütəxəssislər Arktikanı “planetin soyuducusu” adlandıraraq, bölgədə baş verən dəyişikliklərin qlobal iqlimə, dəniz səviyyəsinin qalxmasına və hava dövranına birbaşa təsir göstərəcəyini qeyd ediblər. Hesabatda həmçinin Arktikada qış mövsümündə dəniz buzlarının peyk müşahidələri tarixində ən aşağı səviyyəyə düşdüyü vurğulanıb.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır