Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri general-leytenant Vasil Malyuk istefa verdiyini açıqlayıb.
Modern.az xəbər verir ki, o, təhlükəsizlik sistemində fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Ukrayna lideri Volodimir Zelenski də Malyukun istefası ilə bağlı şərh verib:
"Mən Malyuka asimmetrik əməliyyatlarımızı dünyanın ən güclü əməliyyatlarına çevirməyi tapşırdım. Bunun üçün resurslarımız və lazımi siyasi dəstəyimiz var. Təhlükəsizlik Xidmətinin yeni rəhbərinin seçilməsi üçün namizədləri müzakirə etdik".