Modern.az

Ərdoğan: "Həm Putin, həm Zelenski ilə danışan tək ölkəyik"

Ərdoğan: "Həm Putin, həm Zelenski ilə danışan tək ölkəyik"

Dünya

5 Yanvar 2026, 17:25

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Bloomberg agentliyinə geniş müsahibə verib. 

Modern.az xəbər verir ki, müsahibədə o, Türkiyənin xarici siyasəti, dünyada gedən proseslər və iqtisadi göstəricilərlə bağlı önəmli açıqlamalar verib. 

 

F-35 məsələsi

Türkiyənin artıq ödəniş etdiyi F-35 təyyarələrini alması və ABŞ-ın dəstəyi ilə proqramda iştirakının bərpa edilməsi vacibdir və zəruridir.

 

Enerji

Xüsusilə ABŞ-dan mayeləşdirilmiş təbii qaz tədarükümüzü əhəmiyyətli dərəcədə artırdıq. Milli maraqlarımıza və enerji təhlükəsizliyimizə uyğun hərəkət edirik. Karbohidrogen ehtiyaclarının əhəmiyyətli bir hissəsini idxaldan asılı olan bir ölkə olaraq, enerji təhlükəsizliyimizə təsir edə biləcək bütün məsələlərə ehtiyatlı və balanslı yanaşma tətbiq etməliyik.

 

Rusiya-Ukrayna

Türkiyə həm cənab Putin, həm də Ukrayna Prezidenti Vladimir Zelenski ilə birbaşa danışa bilən yeganə aktordur.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ